
Sızanaq və akne əleyhinə toner Etude AC Clean Up Facial Toner 200 ml
Tonerin tərkibində salisil turşusu, çay ağacı yağı, madekassosid (Asiatica Centella ekstraktı) və s. vardır. Məhsul problemli dərinin müalicəsi üçün nəzərdə tutulmuşdur. Sızanaq, iltihabla mübarizə aparır. Sızanaqların görünüşünü azaldır və qarşısını alır. İltihabı bastırır, iltihabın ömrünü əhəmiyyətli dərəcədə qısaldır. Antiseptik təsir göstərir, yağ bezlərinin işini normallaşdırır, dərinin hidro-lipid baryerini yaxşılaşdırır. Toner dərini ölü hüceyrələrdən təmizləyir, sonrakı qulluq üçün hazırlayır, qida maddələrinin epidermisə daha dərindən nüfuz etməsinə kömək edir və dərinin mikro quruluşunu bərabərləşdirir. Salisil turşusu (beta hidroksid) - (B qrupu) təbii turşudur, keratolitiklərə aid olan kerotonini həll edən maddələrdir. Buynuzlu təbəqələri yox edir, epidermisin ölü dəri hüceyrələrini çıxarır, antiseptik antibakterial təsir göstərir. Məsamələrə asanlıqla nüfuz edir, infeksiyanı yatırır.
Madekassosid, kollagen və elastin liflərinin sintezini bərpa etməyə kömək edir. Piqment, bərpaedici və yumşaldıcı xüsusiyyətlərə malikdir, keratinositləri tənzimləyərək şəfa verir və dərinin bərpasına təşviq edir. Dermisin liflərini bərpa edərək dərin qırışları azaltmaq qabiliyyətinə malikdir və orta müddətdə lifting təsir göstərir.
İstifadə qaydası:dərini təmizlədikdən sonra toneri təmiz əllərinizlə yüngül yumuşaq hərəkətlər ilə birbaşa üzünüzə vura bilər və ya pambıq diskin köməkliyi ilə üzünüzə sürtə bilərsiniz.
Bütün dəri tiplərinə uyğundur, əsasən də problemli.
Made in Korea
| Teqlər | qırışlara qarşı, kollagen, Liftinq, sızanaqlı dərilər üçün, toner, bütün dəri növləri, problemi dərilər üçün, İltihablı dəriniyə olar, Madekassosid |
|---|
Şərh əlavə edilməyib.